Naviqasiya

GET
YOUR
GAME
ON

GET
YOUR
GAME
ON

BİZ
KİMİK

İşimiz idman marketinqidir. Bunu əsas fəaliyyət istiqaməti kimi götürən “Sport Marketing Group” (SMG) şirkəti 2015-ci ildən təsis edilmiş və yarandığı gündən fəaliyyətə başlamışdır. 


SMG idmanın özüdür, həyat tərzinizin marketinqi və idman sahəsində istedadları təmsil edən, onları üzə çıxaran şirkətdir. Biz idman və biznes arasında yenilikçi marketinq strategiyaları əsasında körpü yaradırıq, beləcə müştərilərimizi dəyişən bazar şərtləri şəraitində hər zaman bir addım öndə saxlayırıq.


İdman tədbirləri brend və onun auditoriyası arasında kommunikasiyanın inkişaf etdirilməsi üçün mühüm platformadır. Missiyamız bütün idman həvəskarlarının və bu istiqamətin gələcəyi üçün investisiya yatıranların təcrübəsini zənginləşdirəcək məhsul və xidmətlər təklif etməkdir. Bu missiyanı reallaşdırmaq üçün məhsullarımızın təqdimatında ən son texnoloji və istehsal yeniliklərini tətbiq edirik.


İdman tədbirləri brend və onun auditoriyası arasında kommunikasiyanın inkişaf etdirilməsi üçün mühüm platformadır. Missiyamız bütün idman həvəskarlarının və bu istiqamətin gələcəyi üçün investisiya yatıranların təcrübəsini zənginləşdirəcək məhsul və xidmətlər təklif etməkdir. Bu missiyanı reallaşdırmaq üçün məhsullarımızın təqdimatında ən son texnoloji və istehsal yeniliklərini tətbiq edirik.


Biz idman brendlərinin “duyğusunu” idmanın emosional təbiəti sayəsində üzə çıxarırıq. Biz idmanı yaxşı tanıyırıq. Biz idmanın insanları necə duyğulandırdığını, coşdurduğunu, həyəcanlandırdığını bilirik. Və başa düşürük ki, idman dəyişikliyin özü ola bilər, xalqları ruhlandıra, biznesi inkişaf etdirə bilər. Biz bundan səmərəli biznes vasitəsi kimi istifadə edirik. Biz idmanı sizin və təşkilatınız üçün ən effektli marketinq vasitəsinə çeviririk.


İdman gözlənilməzliyi sevir. Bundan irəli çıxaraq SMG istənilən məsələnin həlli istiqamətində göstərdiyi qeyri-standart yanaşmasında, şablon qərarlardan və həllərdən qaçmasında öz fərqini ortaya qoyur.


İstənilən idman sahəsinin mahiyyətini dərindən araşdırması və bilməsi SMG-nin yerli bazardakı rəqiblərindən üstünlüyüdür. Bu üstünlüyümüz müxtəlif  idman sahələrini müştərilərimiz üçün maksimal effektiv edir. Eyni zamanda şirkət istənilən layihənin ölkə daxilində və xaricində sürətli və keyfiyyətli reallaşması üçün sponsor dəstəyini də optimallaşdırır.


SMG hər zaman idmanın yanındadır! 

7

LAYİHƏLƏR

2016-2017-ci illərdə həyata keçirdiyimiz yerli və beynəlxalq idman layihələri.

13

ƏSAS TƏDBİRLƏR

İdeya mərhələsindən icra mərhələsinədək bütün prosesləri şirkətimiz tərəfindən yaradılan və idarə olunan tədbirlərin sayı.

1,300

GÜNDƏLİK İDARƏ EDİLƏN İDMAN TƏDBİRLƏRİ

Oyunlar, təlimlər və master klasslar.

65K

İŞTİRAKÇILAR

Layihələrə qoşulan insanların ümumi sayı. Buraya bütün layihələrimizə iştirakçı və izləyici qismində qoşulan insanların ümumi sayı daxildir.

7M

SOSİAL MEDİA STATİSTİKASI

İdarə etdiyimiz sosial media hesablarının məzmununu görən və onlardan istifadə edən insanların ümumi sayı.

28

ŞİRKƏTLƏR

Əməkdaşlıq etdiyimiz Dövlət Strukturları / Beynəlxalq Təşkilatlar / Yerli agentliklərin ümumi sayı.

15

SPONSORLAR

Layihələrimizin icrası üçün əməkdaşlıq etdiyimiz və rəsmi müqavilələr imzaladığımız sponsorların və tərəfdaşların ümumi sayı.

IT IS
ALL
ABOUT
SPORT

Go Back

BİZ
NƏ EDİRİK

Yaradıcı qərarlardan və kreativ yanaşmadan istifadə edərək, biz birgə layihələrin reallaşdırılmasının hər mərhələsində daim müştərilərimizin maraqlarına sadiq qalırıq. Onlarla ortaqlığımızın gedişatı zamanı gözlənilməz dəyişiklikləri və riskləri, ən əsası müştərilərimizin vaxtını düzgün və səmərəli formada dəyərləndirə bilirik.       

Təklif etdiyimiz hər bir xidmətimizdə müxtəlif dəyərlərə sadiq qalmağa çalışırıq. Biz istənilən idman sahəsini dərindən bilirik, araşdırırıq və onları müştərilərimiz üçün maksimal effektiv etməyə çalışırıq. Müştərilərimiz üçün işləyib hazırladığımız istənilən layihənin ölkə daxilində və xaricində sürətli və keyfiyyətli reallaşması üçün sponsor büdcələrini optimallaşdırırıq.

Azadlıq və İndividuallıq / Rəqabət və Ehtiras. Bunlar istənilən idman növünün kökündə dayanan dəyərlərdir. İdman növləri yarış zamanı dəyər qazanır. "Sport Marketing Group" da şirkət olaraq daim yarışdadır və xidmətləri ilə dəyərini artırmaqdadır. Biz layihələrimizi sizin üçün reallaşdırırıq. Eyni zamanda ortaya qoyduğumuz hər bir məhsulun təkrarsız və orijinal olmasına diqqət edirik.

 Biz sadəcə layihələr hazırlamırıq, onları sizinlə birlikdə yaşayırıq və işimizi elə qurmağa çalışırıq ki, gözləntilərinizin sərhəddini aşa bilək.

Kreativlik. Biz inanırıq ki, hər bir layihə unikal olmalıdır, hətta ilk baxışda bir-birinə bənzəyən ideyaların yeni, işlənməmiş variantlarını hazırlamağa çalışırıq.

Hörmət. Biz müştərilərimizə hörmət edir və onların vaxtını qiymətləndiririk.

Keyfiyyət. Biz yeni ideyalara və yeni qələbələrə açığıq. Biz ortaya maksimal səylər qoyuruq və ən yeni texnologiyalardan istifadə edirik ki, təklif etdiyimiz xidmətlərin keyfiyyətini təkmilləşdirək.

Dürüstlük. Biz öz oyunumuzda dürüstük. Biz öhdəliyimizə götürdüyümüz layihələrin qələbə qazanması üçün şübhəli variantlardan istifadə etmirik. Biz qələbənin ən dürüst modelini hazırlayırıq. Və bu modeldə sizin şirkət ən ədalətli qələbəni qazanır.

İdmanın ülvi dəyərlərinə sadiq qalan "Sport Marketing Group" şirkəti hər bir müştərinin fərdi istəyi və ehtiyacını nəzərə alaraq müxtəlif xidmətlər təklif edir.  Xidmətlərimizə Tədbir Təşkilatçılığı, Sosial Media, Rəqəmsal Biznes, Media və PR, Konsaltinq, Sponsorluq, İstedadların Təqdimatı, Obyektlərin Marketinqi və s. daxildir.

Stadion və Obyektlərin  idarə edilməsi. Təklif etdiyimiz xidmətlərimizin istiqamətlərindən asılı olaraq stadionlara və müxtəlif obyektlərə dizayn verərək, onları yenidən quraraq, müasir bazar şərtləri əsasında sizin brendinizin/tədbirinizin tanıtımı üçün cəlbedici məkan yarada bilərik.

Biz idmanı sevirik və idman təşkilatları ilə birlikdə sizin əməkdaşlığınızı qarşılıqlı sərfəli formada təşkil etməyi, eyni zamanda idman tədbirlərinizi reallaşdırmağın ən optimal variantını təklif edirik. İdman sənayesi sahəsində əldə etdiyimiz bilik və təcrübədən istifadə edərək, siz müxtəlif idman tədbirlərinə olan investisiyalarınızın maksimal şəkildə geri qaytarılmasını təmin edə biləcəksiniz.


Siz geniş auditoriya dairəsi qazanacaq, brendinizin tanıtımının artmasını görəcək, idman sənayesində müqavilələrinizi effektiv formada aktivləşdirəcəksiniz. Bütün bunlar sosial şəbəkələrlə iş üzrə təklif etdiyimiz onlayn platforma üçün nəzərdə tutulan strateji planlaşdırmada, tədbir/brend/layihə üçün kontent planın hazırlanmasında, onlayn auditoriya kütləsinin qazanılması və onların real məkana istiqamətləndirilməsi üçün hazırlanan planlaşdırmada özünü göstərir.


Sosial Media xidmətimizə həm yazılı, həm audio, həm də video məzmunlu kontentin hazırlanmasından əlavə, brendin tanıtımı və inkişaf etdirilməsi ilə bağlı müxtəlif tədbirlərin təşkili də daxildir.


Biz brendlərə idman sahəsindəki əməkdaşlıqlarından maksimum dəyər qazanmalarına və gəlir əldə etmələrinə kömək edirik.  SMG sponsorluq razılaşmasının bütün təlimatlarına və tələblərinə uyğun olaraq seçdiyi idman sahəsinə müvafiq brendin inkişafına nəzarət edir. 

Sponsorluq satışı. Biz xüsusi idman tədbirləri/idmançılar/komandalar/ idman zalları və obyektlər üçün sponsorluq hüquqlarını satırıq.

 Biz güman edirik ki, istənilən qələbə onun uğurunun dəqiq strategiyasına əsaslanır. Siz də öz idman layihələrinizi bizim peşəkar qrupumuzun hazırladığı strategiya planlarından başlayın.


Yalnız sizin biznesinizə özəl olaraq biz  bütün lazımi vasitələrdən və fəaliyyət istiqamətlərindən istifadə edərək brendinizi/tədbirinizi/layihənizi idman dünyasına inteqrasiya etdiririk.


Hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində biz brendlərə individuallaşmağa və güclü idman tərəfdaşına çevrilməyə kömək edirik.


 Biz konsaltinq xidmətimiz vasitəsilə həm sponsorlara, həm də idman brendlərinə kömək edirik ki, hər iki tərəf əməkdaşlıq çərçivəsində maksimum dərəcədə eyni hüquqlara və maddi qazanca sahib olsun. Tərəfdaş simasında SMG-ni seçdiyiniz zaman layihənizin/brendinizin tanıdılması, eləcə də işinizin vaxtında və keyfiyyətli formada təqdimatı üçün planlaşdırmanın aparılması, strategiyanın yazılması, risklərin ölçülməsi, uğurlu nəticənin əldə olunması üçün onlayn və real bazarın araşdırılması istiqamətində məsləhət xidmətlərimizdən də yararlana bilərsiniz.

SMG təkcə uğurlu idman tədbirlərinin təşkilati və ideya müəllifi kimi işlər ortaya qoymur, eyni zamanda müxtəlif istedadlı insanların üzə çıxarılması istiqamətində də çoxşaxəli planlar işləyib hazırlayır. İstedadların Təqdimatı xidmətimiz isə özünü aşağıdakı formalarda göstərir:


Müqavilə danışıqları. Biz müştərilərimizə sponsorlar, komandalar, liqalarla bağlı peşəkar xidmətlər təqdim edirik.


Gənc istedadların üzə çıxarılması və onların təqdimatının aparılması. Biz istedadlar üçün peşə fəaliyyəti ilə bağlı planlaşdırma işləri aparırıq, onların peşəkar səviyyədə inkişaf etməsi üçün məsləhətlər veririk və peşəkar inkişaf xidmətləri təklif edirik.  


Müxtəlif idman sahələrində idmançıların təmsil olunması və idarə edilməsi. Biz müştərilərimiz üçün individual güclü brend yaradırıq. Biz hərtərəfli və peşəkar xidmətlərimizi aşağıdakı istiqamətlərdə təklif edirik:


- Görüntü; 


 - Brendinq;


  - Karyeranın idarə edilməsi;


- Təchizat;


- PR, Onlayn platformalar və Cəmiyyətlə iş.


Planlaşdırma gələcəyi bu günə gətirir.


İdman tədbirlərinin təşkilatçılığı və idarə olunması müştərilərimizə təklif etdiyimiz xidmətlərdəndir. Bu xidmətimiz imkan yaradır ki, hər kəs (brend sahibləri, tədbirdə maraqlı tərəflər, müştərilər, yerli təşkilatlar və dövlət orqanları) layihəni/tədbiri daha geniş  baxış bucağından görsünlər və layihənin məqsədini tam şəkildə anlasınlar. Ümumi baxış bucağının yaranması və inteqrasiya olunmuş fəaliyyət planının hazırlanması üçün  maraqlı tərəflərin  bir araya gətirilməsi  tədbirlərin effektiv planlaşdırılması və idarəedilməsinin təməl daşıdır.


Tədbirlərin təşkilatçılığı və idarə edilməsi istiqamətində biz aşağıdakı xidmətləri təklif edirik:


-         Layihənin hazırlanması və idarə olunması;


SMG istənilən miqyaslı tədbiri təşkil edən zaman onun doğru zaman kəsimində doğru hədəf kütləsinə çatmasına təminat verir.


-         Strateji planlama;


SMG tədbirlərin səmərəli şəkildə təşkil olunması üçün strateji istiqamətdə məsləhətlər verir və müxtəlif xidmətlər həyata keçirir.


-         İdarəetmənin planlaşdırılması;


SMG sınaqdan keçmiş planlaşdırma üsulları təklif edir və tədbirlərin təşkili prosesində effektiv ola biləcək müstəqil təhlillər, araşdırmalar aparır.


-         Tədbirlərin hazırlanması və təşkilatçılığı.


SMG tədbirlərin keyfiyyətli formada təqdim olunmasına və gözlə görünəcək uğurlu nəticələr əldə edilməsinə təminat verir.


"Sport Marketing Group" şirkətinin menecerləri ayrı-ayrı nüfuzlu şirkətlərdə və beynəlxalq miqyaslı müxtəlif idman tədbirlərində iştirak ediblər və zəngin təcrübə toplayıblar. Komandamız inkişaf etdirdiyi təcrübəsi, insan resursları və əlaqələr şəbəkəsi sayəsində ölkə əhəmiyyətli bir sıra idman tədbirlərinin reallaşmasına imza atıb.


Azərbaycan idman tarixində yeni mədəniyyət, yeni istiqamət və kult olan “Bakı Marafonu 2016”nın təşkilatçılarından biri olmaq; Azərbaycanda ilk dəfə küçə - məhəllə futbolunu peşəkar meydanlara daşıyaraq MFL şirkəti ilə birlikdə həvəskar futbolçuların turnirlərini və liqasını təşkil etmək; gənc futbolçuların axtarışı, eləcə də milli futbolumuzun gələcəyi istiqamətində yaşıl meydanlarda yeni ad olan "Səbail" futbol klubu üçün sosial media və mətbuata yönəlik fəaliyyət istiqamətlərini hazırlamaq və icra etmək, korporativ brendiq konsepsiyasını hazırlamaq, klubun azarkeşlərlə işini təşkil etmək şirkətin gördüyü işlərdəndir.


Bundan əlavə, ideya müəllifi SOCAR olan və Bakıda ilk dəfə məhz yerli futbol azarkeşlərinə özəl olaraq Avro 2016 çempionatının yarım final və final oyunlarını canlı izləmək üçün Bakı Olimpiya Stadionunda "Azarkeşlər zonası"nı yaratmaq və tədbiri yüksək səviyyədə təşkil etmək SMG-nin uğurlarındandır.



 İstənilən layihə keyfiyyətli media və PR dəstəyi olarsa, məşhurlaşır və auditoriyanın rəğbətinin qazanır. Bizim kommunikasiya şəbəkəmiz imkan verir ki, hər brend üçün maksimal media dəstəyi təmin olunsun.


Bizim sizə təklif etdiyimiz media və PR dəstəyi sayəsində şirkətiniz/brendiniz və işiniz haqqında məhz sizə lazım olan auditoriya xəbər tutacaqdır. Eyni zamanda işinizlə əlaqəli olan xəbərlər operativ şəkildə mediada işıqlandırılacaq və müxtəlif PR formalarından istifadə olunaraq reklam ediləcəkdir. Kommunikasiya proqramları və PR tədbirlər bizim həm Media və PR istiqamətli fəaliyyətimizə, həm də sponsorlar paketimizə daxildir. BTL və tədbirlərin, korporativ proqramların həyata keçirilməsi, media istehsalatı istiqamətində peşəkar foto və video çəkilişlərin aparılması, reklam çarxlarının istehsalı, press-relizlərin yazılması, kreativ reklam materiallarının dizaynı da Media və PR xidmətlərimizə daxildir. Media ilə iş aşağıdakı istiqamətlərdə aparılır:


- Mətbuat konfransına hazırlığın planlaşdırılması;


- Mətbuat konfransının təşkili;


- İştirakçıların hazırlığı;


- Əsas mərhələlər və jurnalistlərlə iş;


- Mətbuat konfransının yekunlaşdırılması;


- Uğurlu press-relizin yazılması.


Press-relizin yazılması prosesində addımbaaddım kommunikasiyaların başqa vasitələri ilə qarşılıqlı əlaqənin təmin edilməsi və ardınca press-relizin effektivliyinin qiymətləndirilməsi də xidmətlərimizə daxildir.


Bizim işimiz çoxluğun və rəqabətdə olan dünyanın diqqətini çəkmək üçün müxtəlif hadisələrin və ictimaiyyətlə əlaqədar bir sıra həllərin təyin edilməsindən başlayır. Önəmli hekayə, hadisə, tədbir yaratmağın mühüm hissəsi onun sosial şəbəkələrdə və onlayn platformalarda yayılmasıdır. Biz müxtəlif PR alətlərindən və media vasitələrindən istifadə edərək sizin məhsulun və brendin tanıtımına yardım ola biləcək jurnalistlərə, bloqqerə çatırıq, eyni zamanda brend ətrafında sosial sahibkarlıq, sosial məsuliyyət, eləcə də müsbət sosial təsir yaradırıq.


SMG-nin müştərilər üçün bu istiqamətdə hazırladığı təkliflərdən əlavə, CBC Sport Kanalı ilə birlikdə əməkdaşlığını da vurğulamaq lazımdır. Bu əməkdaşlıq sizə elə bir reklam təcrübəsi qazandıracaq ki, şirkətiniz / brendiniz / layihəniz daha mükəmməl nəticələr əldə edəcək.

Onlayn platformalar artıq uzun müddətdir ki, idman oyunlarının və tədbirlərinin ayrılmaz hissəsi olub. Biz Müştərilərimiz üçün sosial mediada qazandığımız təcrübəmizin tətbiqi istiqamətində müxtəlif xidmətlər təklif edirik. Biz sosial mediada layihələrinizi yaddaqalan və təkrarolunmaz formada təbliğ edirik və onun geniş auditoriyaya çatdırmağın üsullarını daha peşəkar şəkildə reallaşdırırıq. Bizim yaradıcı operatorlar, videoqraflar və fotoqraflar, eləcə də sosial media menecerlərimiz sizin üçün ən peşəkar onlayn məhsullar yaradacaqlar.


SMG onlayn marketinq üzrə tamhəcli xidmətlər təklif edir. Bunlara aşağıdakılar daxildir:  


-         Sosial Media;


-         Kontentin yaradılması;


-         Bazanın təhlili;


-         Məhsulun inkişaf etdirilməsi.


Onlayn marketinqdə əsas istiqamətlərimizdən biri kontentin yaradılması və tətbiq edilməsidir. Müştərilərimiz üçün təklif etdiyimiz kontent paketinə onlayn platformada (saytlar, KİV, sosial şəbəkələr və başqaları) yerləşdirilən istənilən növ informasiya (foto, video, audio, mətn), internet saytlarda bannerlər, tədbirlərin/ yarışların/ matçların onlayn formada yayımlanması daxildir. Təklif etdiyimiz kontentlərin yüksək keyfiyyətdə olmasına, unikallığına, orijinallığına və kreativliyinə xüsusilə diqqət edirik.


Bu baxımdan şirkətimiz müştəriləri aşağıdakı xidmətlərlə təmin edir:


- Foto-video dəstək;


- Mətbuat xidmətinin (informasiya siyasəti, mətbuat xidmətinin  fəaliyyətinin uyğunlaşdırılması) təmin edilməsi;


- Jurnalistlər və bloqqerlə əməkdaşlıq;


- Texniki müşayiət (əlaqə kanalları, məzmunun sürətli nəşri).


Orijinal kontentdən hər şey yaratmaq olar. Bu orijinallığı məhz biz sizə təklif edirik. Sosial media vasitələrində məhsulunuzu təbliğ edəcək və brendinizin fəaliyyət istiqamətini inkişaf etdirəcək uğurlu konsept-plan hazırlanandan sonra bazarı araşdırırıq, rəqiblərinizin üstünlüklərini və zəif nöqtələrini (onlayn platformada) təyin edirik. Daha sonra sizin məhsulunuza uyğun baza təhlili aparılır, təhlilin nəticəsindən asılı olaraq konsept-plan ona uyğunlaşdırılır. Ardınca məhsulun inkişaf etdirilməsi mərhələsinə keçilir. 


BİZİM
LAYİHƏLƏR

SMG təkcə uğurlu idman tədbirlərinin təşkilati və ideya müəllifi kimi işlər ortaya qoymur, eyni zamanda müxtəlif istedadlı insanların üzə çıxarılması istiqamətində də çoxşaxəli planlar işləyib hazırlayır. Xidmətlərimiz isə özünü aşağıdakı formalarda göstərir:


Azərbaycan idman tarixində yeni mədəniyyət, yeni istiqamət və kult olan “Bakı Marafonu 2016”nın təşkilatçılarından biri olmaq; Azərbaycanda ilk dəfə küçə - məhəllə futbolunu peşəkar meydanlara daşıyaraq MFL şirkəti ilə birlikdə həvəskar futbolçuların turnirlərini və liqasını təşkil etmək; gənc futbolçuların axtarışı, eləcə də milli futbolumuzun gələcəyi istiqamətində yaşıl meydanlarda yeni ad olan "Səbail" futbol klubu üçün sosial media və mətbuata yönəlik fəaliyyət istiqamətlərini hazırlamaq və icra etmək, korporativ brendiq konsepsiyasını hazırlamaq, klubun azarkeşlərlə işini təşkil etmək şirkətin gördüyü işlərdəndir.


Bundan əlavə, ideya müəllifi SOCAR olan və Bakıda ilk dəfə məhz yerli futbol azarkeşlərinə özəl olaraq Avro 2016 çempionatının yarım final və final oyunlarını canlı izləmək üçün Bakı Olimpiya Stadionunda "Azarkeşlər zonası"nı yaratmaq və tədbiri yüksək səviyyədə təşkil etmək SMG-nin uğurlarındandır.  


Bakı 2017 İslam Həmrəyliyi Oyunları

Paytaxt Bakının 12-22 may tarixlərində ev sahibliyi etdiyi Bakı 2017 İslam Həmrəyliyi Oyunları çoxmillətli və çoxidmanlı idman yarışıdır. Yarışda 50 ölkədən 5000-dən çox atlet 20 idman növü üzrə mübarizə aparıblar.   

Səfirlər üçün istər sosial media, istərsə də real olaraq nəzərdə tutulan tədbir proqramının ideyasının hazırlanması və tətbiq olunması, eyni zamanda nəticələrin izlənilməsi və təhlilin, sosial media üzərindən statistikaların aparılması SMG şirkəti tərəfindən həyata keçirildi. 

ƏTRAFLI OXU

Bakı Marafonu 2017 - Küləyə qalib gəl!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər. Marafona yaşı 16-dan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışda iştirak üçün ümumilikdə 13 mindən çox şəxs qeydiyyatdan keçib. Layihənin icrasını “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib. 

ƏTRAFLI OXU

Bakı Marafonu 2016 - Küləyə qalib gəl!

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu-2016” keçirildi. Azərbaycanda ilk dəfə reallaşan bu möhtəşəm idman tədbirinin təşkilatçısı isə SMG – “Sport Marketing Group” şirkəti idi.

ƏTRAFLI OXU

UEFA U-17 Avropa çempionatı Azərbaycan - 2016

UEFA U-17 Avropa çempionatının oyunları Bakı şəhərində yerləşən 4 stadionda keçirildi. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olundu.

ƏTRAFLI OXU

MFL - Mini Futbol Liqası

MFL - küçələrlə stadionların kəsişmə nöqtədir. MFL - tribunalardan meydanlara azarkeşlik edənlərin özlərinin ulduza çevrilməsidir.

ƏTRAFLI OXU

“Səbail” Futbol Klubu ilə işbirliyi

Azərbaycanda gənc futbolçuların, yaşıl meydanın ən gənc istedadlarının axtarışı, onların peşəkar səviyyədə və intensiv şəkildə Azərbaycan milli futbol komandasına hazırlığı ilə məşğul olan "Səbail" Futbol Klubu (FK) yaradıldı.

ƏTRAFLI OXU

AVRO-2016 Azarkeşlər Zonası

Avropa Çempionatını məhz azərbaycanlı azarkeşlərə daha da yaxınlaşdırmaq və onları bir araya gətimək üçün SOCAR Bakıda ilk dəfə Bakı Olimpiya Stadionunda "Azarkeşlər Zonası" yaratdı.

ƏTRAFLI OXU
Daha çox layihələrə bax

BE NOTIFIED
TO ALL
POSSIBILITIES

BİZİM
XƏBƏRLƏR

BİRGƏ
ÇALIŞDIQLARIMIZ

SOSİAL ŞƏBƏKƏLƏR

BİZİM KONTAKTLAR